Təşkilatı suallar
Sual: “Gələcəyə Körpü“ Gənclər İctimai Birliyi nə vaxt və kimlər tərəfindən yaradılıb?
Cavab: “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi (bundan sonra Birlik) 2000-ci ilin aprel ayında bir qrup fəal gənc tərəfindən yaradılıb. Birliyin təsisçiləri Mikayıl Zeynalov, Vüsal Verdiyev və Müşfiq Cəfərovdur. Birlik, 31 May 2005-ci il tarixində Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Hal-hazırda Birlik İdarə və İşçi Heyyəti, eyni zamanda 30 nəfər üzvdən ibarət olaraq fəaliyyət göstərir. Birliyin sədri Cəfərov Müşfiq Cəfər oğludur.
Sual: Birliyin missiyası nədən ibarətdir?
Cavab: Birliyin əsas məqsədi, Azərbaycanda gənclərin humanizmin, həmrəyliyin və əməkdaşlığın hökm sürdüyü bir dövrdə sağlam gələcəyə KÖRPÜ olmaq, gənclərin layiqli vətəndaş ruhunda böyüməsinə kömək etməkdən ibarətdir.
Sual: Birlik hansı növ layihə və proqramları həyata keçirmişdir?
Cavab: Layihələrin istiqamətləri: yerli, milli və beynəlxalq səviyyəli
Mövzular: ekologiya, turizm, icma inkişafı, sektorlararası inkişaf, seçkilər, gənclərin inkişafı, sağlamlıq, işsizlik, məcburi köçkün və qaçqın gənclərlə iş, hüquq, media, qloballaşma və s.
Maliyyələşdirən donorlar: Azərbaycan Respublikası Turizm və Mədəniyyət Nazirliyi; Amerikanın Hüquqşünasları Assosiasiyası (ABA – CEELI); Uşaqların Xilası Təşkilatı(SC); Avropa Şurasının Avropa Gənclər Fondu(EYF); Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu(ACI – YF); BMT – nin İnkişaf Proqramı; Almaniyanın GTZ təşkilatı; Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF CauPo).
Sual: ”Gələcəyə Körpü” GİB-nin ofisi harada yerləşir?
Cavab: Ünvan: M.A.Abbaszadə, AZ-2000. Gəncə, Azərbaycan
Tel/Fax: + 994 (22) 59 07 15
GSM: + 994 (50/55) 361 88 71 (Sədr – Müşfig Cəfərov )
Elektron ünvanlarımız: office@bf-az.org, bf_ganja@yahoo.com
Web site: www.bf-az.org
Şərh yazmaq üçün siz daxil olunmuş olmalısınız.