Press-relizlər
Cvcenter.az saytı artıq fəaliyyətdədir
Avqust ayının 26-dan etibarən aktiv olan www.cvcenter.az internetdə iş axtaran və işə götürənlərin məqsədlərinə nail olmaq üçün geniş imkanlar yaradan intrenet portalıdır.
İnternet portalının missiyası Azərbaycan mühitində ən effektiv və rahat vasitə hesab olunan internet personal yığımını təşkil etməklə, işə götürənlərə və iş axtaranlara ən əlverişli həll yollarını təklif etməkdir.CVcenter.az müştərilərinə ən müasir informasiya texnologiyalarından istifadə təklif edərək, internetdən istifadə ilə işçi seçimi məsələsinin ən effektiv həllini tapmağa imkan yaradır.
Azərbaycandakı digər oxşar portallardan fərqləndirən üstünlükləri də vardır ki, vakansiya elanı informasiyaları hər hansı administratora göndərilmədən konkret sahələri doldururmaqla yayımlanır. Eyni zamanda istifadəçilər xüsusilə işçi axtaranlar bu portalda olan CV bazasından istifadə edə bilir, iş axtaranlar isə sahələr və şəhərlər üzrə yeni vakansiyalar barədə xəbərdar olurlar.
CVcenter.az internet portalı Gəncə şəhərində fəaliyyət göstərən “Gələcəyə Körpü” Gənclər Ictimai Birliyi tərəfindən həyata keçirilən Gənclərin Məşğulluq Resurs Mərkəzi layihəsi çərçivəsində yaradılıb. Mərkəz Gəncə şəhərində gənclər arasında məşğulluğu artırmaq məqsədilə gənclər üçün 3 istiqamətdə xidmət göstərir:
- Gənclərə 3-6 aylıq təcrübə proqramları təşkil etməklə bərabər gənclərə iş tapmaqda yardım etmək;
- Gənclərin iş və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək üçün mütamadi təlim və məsləhətlər vermək,
- Gənclər üçün peşə-sənət kursları təşkil etmək.
Bununla bərabər layihə çərçivəsində yaradılan www.cvcenter.az internet portalının məqsədi Azərbaycanın hər bir bölgəsində yaşayan gənclərin və ümumilikdə əhalinin məşğulluğunun artırılmasına xidmət etməkdir.
Gənclərin Məşğuluq Resurs Mərkəzi layihəsi Avropa Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Daha ətraflı məlumat üçün Birliyin ofisinə müraciət edə bilərsiniz.
“Gələcəyə Körpü“ Gənclər İctimai Birliyinin
Ictimaiyyətlə Əlaqələr Şöbəsi
Əlaqələndirici: Səbinə Sadıxova
10 il gənclərlə
Aprel ayının 6–da “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin yaranmasının 10 illiyinə həsr olunmuş və Gənclərin Məşğulluq Resurs Mərkəzinin peşə-sənət kurslarını uğurla bitirən tələbələrə sertifikat verilməsi mərasimi keçiriləcək.
Tədbir Kamera orkestrının musiqi zalinda təşkil olunacaq. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Baş idarəsinin nümayəndəsi, eyni zamanda yerli Biznes strukturları, Bank sektorunun nümayəndələri, Universitetlər, Media nümayəndələri və QHT-lər də iştirak edəcəklər.
Qeyd edək ki, tədbiri keçirtməkdə əsas məqsədimiz Mərkəzin 10 illik fəaliyyəti dövründə əldə etdiyi uğurlu nəticələri ictimaiyyətə çatdırmaq, həmkar təşkilatlar və şirkətlərlə bölüşməklə bərabər həm də yeni əməkdaşlıqlar qurmaqdır. Belə ki, Mərkəz gələcək fəaliyyətini daha uğurlu davam etdirməsi üçün öz xidmət sahələrini və əməkdaşlarının sayını daim genişləndirməkdə maraqlıdır.
Nəzərinizə çatdırırıq ki, tədbirdə iştirak edənlərin sayı 60 nəfərdən artıq nəzərdə tutulub. Proqram çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Gənclərin Məşğulluq Resurs Mərkəzi haqqında məlumat vermək üçün xüsusi çıxışlar, sertifikatların verilməsi, musiqi fasiləsi və s. nəzərdə tutulub.
“Gələcəyə Körpü”
Gənclər ictimai Birliyinin 2 il ərzində həyata keçirdiyi Gənclərin Məşğulluq Resurs Mərkəzi layihəsi uğurla başa çatdı.
Lahiyənin məqsədi Gəncə şəhərində məşğulluğun inkişafına töhfə verməklə gənclərin işlə təmin olunmasına yardım etmək idi. Mərkəz iki il ərzində qarşısına qoyduğu məqsəd və vəzifələrə uğurla nail oldu. Belə ki, əsas hədəf götürülmış ərazi Gəncə şəhəri olsa belə ətraf rayonlarda yaşayan gənclər xüsusilə gənc qadınlar Beynəlxalq Əmək Təşkilatının layihəyə bir başa tövhəsi nəticəsində bu layihənin imkanlarından yetərincə faydalanmışlar.
Sözü gedən layihə çərçivəsində Mərkəz əsasən 3 istiqamətdə fəaliyyət göstərirdi: 1) mərkəzin gənclərə 3-6 aylıq təcrübə proqramları təşkil etməklə bərabər gənclərə iş tapmaqda yardım etmək; 2) iş axtaran gənclərlə işçi axtaran şirkətləri əlaqələndirmək, gəncləri işlə təmin etmək; 3)Ödənişsiz kosmetologiya, tikiş, kompüterlərə proqram təminatı və detallarının təmiri peşə-sənət kurslarını təşkil etmək; 4) sahibkar olmaq istəyi olan gənclərin sahibkarlıq, iş axtaran gənclərə isə iş axtarma yollarını inkişaf etdirmək üçün mütamadi təlim və məsləhətlər vermək.
Peşə sənətinə sahib olmuş məzun-gənclər Biznes qurmağa həvəslidirlər
Gəncədə Gənclərin Məşğulluq Resurs Mərkəzi artıq 5 aylıq sənət kurslarının 3-cü mərhələsini başa vurdu .
Bu dəfə kurslarda 41 nəfər tələbə iştirak etmişdir. Yekun imtahan iyul ayının ortalarında keçirildi və tələbələr öz bacarıqlarını məhz bu imtahanda sübut etdilər. Qeyd edək ki, imtahanlar yalnız yazılı deyil, həmçinin praktik də aparılıb. Kursları kosmetologiya üzrə 14 nəfər, tikiş üzrə 14 nəfər, komputer təmiri üzrə isə 13 nəfər bitirdi. Hazırda yekun qiymətlər hesablanır və nəticələr bilindikdən sonra kursları müvəffəqiyyətlə bitirən tələbələrə sertifikat təqdim ediləcək. Sertifikatların təqdim edilmə mərasimi haqqında məlumat öncədən ictimaiyyətə göndəriləcək.
Tələbələr sənət kursları ilə bərabər biznes təlimlərində də iştirak ediblər. Nəticədə isə həmin gənclər artıq öz biznes planlarını tərtib etməyə başlayıblar. Bu gənclər həmçinin “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin həyata kecirdiyi “Gənclərin Məsğulluq Resurs Mərkəzi”nin Biznes qurmaq istəyən gənclərə dəstək olmaq üçün elan etdiyi texniki dəstək qrant müsabiqəsində iştirak edirlər. Bu müsabiqədən keçən gənclərə öz Bizneslərini qurmaq üçün bütün texniki dəstək veriləcəkdir.
Hazırda bu kursu bitirən və qrant üçün müraciət edən tələbələrdən 2 nəfərinə texniki qrant ayrılıb. Onlar kompüterin təmiri dərsləri və kompüterin təmiri xidmətlərilə məşğuldurlar. Daha bir neçə məzunun ərizəsi hal-hazırda baxışdadır və yaxın günlərdə müsabiqənin nəticələri açıqlanacaq.
Qeyd edək ki, Gənclərin Məşğulluq Resurs Mərkəzi layihəsi çərçivəsində nəzərdə tutulan növbəti sənət kursları isə avqust ayının ilk günlərindən fəaliyyətə başlayıb.
Gənclərin Məşğulluq Resurs Mərkəzi layihəsi Avropa Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Daha ətraflı məlumat üçün Birliyin ofisinə müraciət edə bilərsiniz.
“Gələcəyə Körpü“ Gənclər İctimai Birliyinin
Ictimaiyyətlə Əlaqələr Şöbəsi
Əlaqələndirici: Səbinə Sadıxova
20 Yanvar gənclərin gözüylə
Artıq qanlı 20 yanvar faciəsinindən 20 il keçir. Lakin buna baxmayaraq xalqımız həmin hadisədə canlarını qurban verən şəhidlərimizi unutmur və Vətən uğrunda öz canından keçən şəhidlərin ruhunu daim uca tutur. Hər il milyonlarla insan onların məzarını ziyarət edir.
Gənclər arasında vətənpərvərlik ruhunu yüksəltmək və xalqımıza qarşı törədilən vəhşilikləri unutmamaq məqsədilə yanvar ayının 20 saat 10:00 da “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ofisində “20 Yanvar gənclərin gözü ilə adlı” tədbir keçirəcək.