Press-relizlər
Regionlarda məşğulluq işləri inkişaf etdiriləcək
Gələcəyə Körpü Beynəlxalq Əmək Təşkilatı ilə birgə həyata keçirdiyi “Gənclərin Məşğulluğunun Yüksəldilməsi” adlı layihəsinin ilk tədbirini keçirəcək.
Gələcəyə Körpü Gənclər İctimai Birliyi Beynəlxalq Əmək Təşkilatı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bir sıra müvafiq strukturlarla birgə olaraq 2010-cu ilin yanvar-aprel aylarında Gənclərin Məşğulluğunu Yüksəldilməsi adlı layihəsini Tovuz, Akstafa, Qazax və Samux rayonlarında həyata keçirir.
Gənc qadınlar biznesdə
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Gənclərin məşğulluğunun inkişafı layihəsi çərçivəsində mart ayının 15, 17, 19 və 24-i tarixlərinə müvafiq olaraq Samux, Qazax, Tovuz və Ağstafa rayonlarında gənc qadınlar üçün INTRO sesiyalara start verəcək.
Təlimlər gün ərzində 09:30-dan 17:00-dək davam edəcəkdir.
Yanvar ayından etibarən həyata keçirilən Gənclərin Məşğulluğunun İnkişafı proqramı uğurla davam edir. Bu yönümdə artıq bir neçə tədbirlər həyata keçirilibdir. Belə ki, yerli məşvərət qrupu yaradılıb, təlimləndirilib, sorğular keçirilib və yuxarıda adı çəkilən rayonlarda bir sıra işlər aparılıb. Artıq hər rayon üzrə təlimlərdə iştirak etmək istəyən gənc qadın namizədlər arasından 15 nəfər daha uyğun və həvəsli iştirakçılar seçilib. Növbəti həftədən başlayaraq seçilmiş namizədlər üçün layihə haqda INTRO sesiyaların keçirilməsinə başlanacaq. Layihə zamanı iştirakçılara biznes yaratmaq üçün lazımi biliklər veriləcək. İlk mərhələdə “Öz biznes ideyanı formalaşdır”, növbəti mərhələdə “Öz biznesini yarat” sonra isə “Öz biznesini inkişaf etdir” mövzularını əhatə edən təlim kursları təşkil olunacaq. Təlimlər Beynəlxalq Əmək Təşkilatının təcrübəli təlimçi mütəxəssisləri tərəfindən aparılacaq.
Həmçinin təlim kursunda iştirak edən gənc qadınlar üçün bu tip təlimlərdən bəhrələnərək öz uğurlu bizneslərini yaradan digər təcrübəli qadınlarla da görüş təşkil olunacaq.
Öz biznes ideyanı yarat
Gənclərin Məşğulluğuna Dəstək proqramı Qazax, Tovuz, Ağtafa və Samux regionlarında nəzərdə tutulan fəaliyyətini davam etdirir..
Gələcəyə Körpü Gənclər İctimai Birliyinin regionlarda həyata keçirtdiyi Gənclərin Məşğulluğuna Dəstək proqramının növbəti təlimləri aprel ayının 15-16 Tovuz rayonunda, 17-18 Qazax rayonunda baş tutmuşdur. Aprel ayının 22-23 isə Samux və Aprel ayının 26-27 Ağstafa rayonlarında keçirildi.
Hər rayonda 2 gün davam edən bu təlim ilkin mərhələdə olan orientasiya görüşlərinin davamı olaraq “Öz biznes ideyanı yarat” adı altında keçirildi. Təlim zamanı iştirakçılar BƏT-in hazırladığı “Biznes ideyanı yarat” kitabından istifadə etdilər. Bir neçə ideya üzərində təhlillər apardılar. Sonda isə hesablama yolu ilə ən real ideyalar seçilərək formalaşdırıldı.
Qeyd edək ki, təlimlər Beynəlxalq Əmək Təşkilatının təcrübəli təlimçiləri tərəfəindən aparılır. Təlimlərdə ümumilikdə 60 nəfər öz biznesini qurmaq istəyən gənc qadınlar iştirak edir. Təlimin növbəti mərhələsinin isə may aylarında təşkil olunması planlaşdırılır.
Gəncədə yeniyetmələrin həyat bacarıqları inkişaf etdirilir
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Uşaqların Xilası təşkilatı ilə birgə həyata keçirdiyi Yeniyetmələrin Həyat bacarıqlarının İnkişaf İndeksi adlı layihəsini həyata keçirir. Layihənin əsas məqsədi az təminatlı ailələrin yeniyetmələrinin və internat məktəblərində təhsil alan yeniyetmələrin müxtəlif təlim, seminar, konfrans, ekskursiya və s. yollarla həyat bacarıqlarını inkişaf etdirməkdir.
Həmin layihə çərçivəsində nəzərdə tutulan ekskursiyalardan biri də yanvar ayının 17-sində həyata keçirildi. Ekskursiya zamanı 2 Saylı Xarici Dil Təmaüllü İnternat Tipli Gimnasiyanın 35 nəfər yeniyetmələri Məşğulluq mərkəzinə və 1 saylı Peşə liseyinə aparıldı. Səfər zamanı Məşğulluq Mərkəzində ümumi işin gedişatı haqqında məlumatlar söylənildi, Mərkəzə necə müraciət etmək qaydaları haqqında danışıldı. Daha sonra 1 saylı peşə liseyinə səfər edildi. Peşə litseyində yeniyetmələrə peşə kurslarından, ordakı iş prosesindən, peşə kurslarına qəbuldan məlumat verildi. Səfərlərin gedişatında uşaqlar onlara maraqlı olan suallarını soruşaraq cavab alırdılar.
Gənclərin Məşğulluq Resurs Mərkəzi məzun yarmarkasında təmsil olundu
GMRM iyun ayının 16-da ADAU-nin təşkil etdiyi məzun yarmarkasında öz xidmət sahələri ilə iştirak etdi.
Tədbirdə 200-dən artıq universitet məzunları və tələbələr iştirak edirdilər. Burada Resbublikanın bir çox regionlarını təmsil edən şirkət və müəəssələr öz vakant yerləri ilə iştirak edərək yeni kadr və mütəxəssizlər qəbul edirdi. Eyni zamanda GMRM də hazırda elaqə yaratdığı şirkətlərin vakant yerlərini sərgilədi və müraciətciləri qəbul etdi. Yarmaka zamanı Mərkəz 70-dən artıq gənci öz xidmətindən istifadə etməyə cəlb etdi, belə ki, həmin gənclər Mərkəzin xüsusi ərizə formasını dolduraraq qeydiyyatdan keçdilər. Həmçinin bir çox digər müəssələrlə əməkdaşlıqlar quruldu.
Qeyd edək ki, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi iyun ayının 23-də Bakı şəhərində keçiriləcək gənclər və uşaqlarla işləyən QHT-lərin sərgisində də iştirak edəcək. Artıq sərgi üçün hazırlıqlar gedir və Birlik layiqincə təmsil olunacaq.
Daha ətraflı məlumat üçün Birliyin ofisinə müraciət edə bilərsiniz.
“Gələcəyə Körpü“ Gənclər İctimai Birliyinin
Ictimaiyyətlə Əlaqələr Şöbəsi
Əlaqələndirici: Səbinə Sadıxova