Archive for 21/02/2012

Azərbaycanda ilk Gender Akademiyası

Azərbaycanda ilk Gender Akademiyası təlimi fevralın 21-26 tarixlərində Bakı və Oğuz  şəhərlərində keçiriləcək.

Akademiyanın açılış mərasimi 21 fevral Bakı, Exselcior Otelində baş tutacaq. Açılışda bir neçə səfirliklərin nümayəndələri, Beynəlxalq təşkilatlar, dövlət sektorunun nümayəndələri ,QHT və media nümayəndələri iştirak edəcək. Mərasimdə layihə haqqında təqdimat keçiriləcək, qadınların siyasətdə və ictimai sektorda mövqeləri haqqında məlumatlar veriləcək. Layihənin və xüsusən də Gender Akademiyasının ictimaiyyətdə və dövlət sektorunda qadınların fəaliyyətinə edəcəyi təsirlərdən danışılaçaq.

Fevral ayının 22-dən etibarən isə tədbir Oğuz rayonunda davam etdiriləcək və 30 nəfər (20 nəfər qadın, 10 nəfər kişi) iştirak edəcək. Tədbir boyunca müxtəlif mövzularda bir neçə sessiyalar aparılacaq.

Gender Akademiyası adlı tədbir “ Gənc Liderlər” təlim təhsil inkişaf ictimai birliyinin “Gələcəyə Körpü”Gənclər İctimai Birliyi ilə birgə həyata keçirdiyi “Azərbaycanda vətəndaş iştirakının artırılması üçün Qadın Mərkəzinin yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.

Layihə Birləşmiş Millətlər Təşkilatının Demokratiya Fondu tərəfindən maliyyələşdirilir və 2 il müddətində Azərbaycanda həyata keçiriləcəkdir.

 

Daha ətraflı məlumat almaq üçün Birliyin ofisinə müraciət edə bilərsiniz.

İctimaiyyətlə Əlaqələr şöbəsi

Sabina Sadıxova

 

Təqvim
Fevral 2012
M T W T F S S
« Jan   Mar »
 12345
6789101112
13141516171819
20212223242526
272829  
Ən çox baxılan