Archive for Fevral 2012

Birinci Gender Akademiyası sona çatdı

Oğuzda həyata keçirilmiş ilk Gender Akademiyası sona çatdı.

Tədbir 22-26 fevral Oğuz rayonunda keçirildi. Ümumilikdə 30 nəfərin cəlb olunduğu tədbirdə iştirakçıların 20 nəfəri qadın 10 nəfəri kişi idi.

Gender Akademiyasında bir çox sessiyalar və müzakirələr aparıldı. Bu sessiyalara və müzakirələrə Azərbaycanın bir neçə tanınmış simaları və beynəlxalq dərəcəli ekspertlər də dəvət olunmuşdular. Bunlara misal olaraq Günel Səfərova – SOS Uşag kəndləri proqram direktoru, Aydın Kərimov- Azərbaycan Turizm Institutu -baş hüquqşunası, Fariz Əhmədov- Iqtisad Universiteti-müəllimi, Gülsel Səfırova-AGAT sədri, Pərviz Abbasov- AZENCO ASC-nin Strateji analiz və müqavilələr şöbəsinin müdir müavini, Eldəniz Əsədov –Atəşgah Sığorta şirkətinin təlim koordinatoru, Nərgiz Nəsrullayeva -AmCham/Azerbaijan Icraçı direktorunu göstərmək olar.

Tədbirin bütün iştirakçıları sosial şəbəkədə eyni adlı “Gender Akademiyası” qrupuna əlavə edildilər və tədbirin davamlılığı artıq orada aparılacaq. Bununla bərabər layihənin açılış mərasimində www.genderacademy.info internet səhfəsinində təqdimatı olmuşdur. Layihənin davamlılığı ilə bağlı məlumatları, video süjetləri, eyni zamanda foto şəkilləri layihənin internet portalında izləyə bilərsiniz.

Gender Akademiyası adlı tədbir “ Gənc Liderlər” Təlim Təhsil Inkişaf Ictimai Birliyinin “Gələcəyə Körpü”Gənclər İctimai Birliyi ilə birgə həyata keçirdiyi “Azərbaycanda vətəndaş iştirakının artırılması üçün Qadın Mərkəzinin yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.

Layihə Birləşmiş Millətlər Təşkilatının Demokratiya Fondu tərəfindən maliyyələşdirilir və 2 il müddətində Azərbaycanda həyata keçiriləcəkdir.

Daha ətraflı məlumat almaq üçün layihə əlaqələndiricisinə müraciət edə bilərsiniz.

İctimaiyyətlə Əlaqələr şöbəsi

Sabina Sadıxova

 

Azərbaycanda ilk Gender Akademiyası

Azərbaycanda ilk Gender Akademiyası təlimi fevralın 21-26 tarixlərində Bakı və Oğuz  şəhərlərində keçiriləcək.

Akademiyanın açılış mərasimi 21 fevral Bakı, Exselcior Otelində baş tutacaq. Açılışda bir neçə səfirliklərin nümayəndələri, Beynəlxalq təşkilatlar, dövlət sektorunun nümayəndələri ,QHT və media nümayəndələri iştirak edəcək. Mərasimdə layihə haqqında təqdimat keçiriləcək, qadınların siyasətdə və ictimai sektorda mövqeləri haqqında məlumatlar veriləcək. Layihənin və xüsusən də Gender Akademiyasının ictimaiyyətdə və dövlət sektorunda qadınların fəaliyyətinə edəcəyi təsirlərdən danışılaçaq.

Fevral ayının 22-dən etibarən isə tədbir Oğuz rayonunda davam etdiriləcək və 30 nəfər (20 nəfər qadın, 10 nəfər kişi) iştirak edəcək. Tədbir boyunca müxtəlif mövzularda bir neçə sessiyalar aparılacaq.

Gender Akademiyası adlı tədbir “ Gənc Liderlər” təlim təhsil inkişaf ictimai birliyinin “Gələcəyə Körpü”Gənclər İctimai Birliyi ilə birgə həyata keçirdiyi “Azərbaycanda vətəndaş iştirakının artırılması üçün Qadın Mərkəzinin yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.

Layihə Birləşmiş Millətlər Təşkilatının Demokratiya Fondu tərəfindən maliyyələşdirilir və 2 il müddətində Azərbaycanda həyata keçiriləcəkdir.

 

Daha ətraflı məlumat almaq üçün Birliyin ofisinə müraciət edə bilərsiniz.

İctimaiyyətlə Əlaqələr şöbəsi

Sabina Sadıxova

 

Gələcəyə Körpü Fan Klub özünün qızlardan ibarət futbol komandasını yaradır. Bu haqda “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialında keçrilən görüşdə Fan klubumuzun rəhbəri Mikayıl Əlizadə bildirib!

Prezident İlham Əliyevin sərəncamına əsasən 2012-ci il ölkəmizdə idman ili elan edilməsilə bağlı şəhərimizdə silsilə tədbirlər keçirilməyə davam edir. Bu qəbildən olan daha görüş “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialında təşkil olunub.

“Təhsil” İdman Mərkəzinin qadın futbol komandaları və Gələcəyə Körpü İctima Birliyinin fan klubunun üzvləri arasında baş tuutan görüşdə ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi əsas müzakirə mövzusu olub. Fan klubun üzvlərinə qadınların idmanda əldə etdiyi naliyyət və uğurlardan danşılıb. Klubun əksər üzvləri xanımlar olduğu üçün onlara qadın futbol bazası haqqında ətraflı məlumat verilib. Fan klubun rəhbəri Mikayıl Əlizadə bildirib ki, fan klub tərəfindən qızlardan ibarət futbol komandası  yaradılacaq.”Bu idman novünün inkişafı üçün gələcəkdə bir sıra layihələr həyata keçriləcək və Bakıda kecirilən 17 yaşlı qızlardan ibarət dünya çempionatına fan klub üzvləri tərəfindən dəstək veriləcək”
“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialinının direktoru Xəyal Hacıyev isə öz növbəsində bildirib ki, kütləviliyin təmin olunması məqsədi ilə qadın futbolunun inkişafı və onların idmana olan marağını artırmaq üçün gələcəkdə fan klubla əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, Gələcəyə Körpü İctimai Birliyinin nəzdində fəaliyyət göstərən fan klubun üzvlərinin 70 faizini qadınlar təşkil edir. Onu da bildirək ki,  ölkəmizdə fəaliyyət göstərən qadınlardan ibarət ilk fan klubdu.

Məsul şəxs: Seymur Vəliyev

 

Gənc Liderlər Akademiyası layihəsinə start verildi !

Gələcəyə Körpü Gənclər İctimai Birliyi ABŞ-ın Milli Demokratiya İnstitutunun (Natinonal Democratic Institute) maliyyə dəstəyi ilə Gəncə şəhərində 8 ay müddətində davam edəcək “Gənc Liderlər Akademiyası adlı layihənin icrasına başlayır.

Layihənin əsas məqsədi gənclərin ictimai sektorda aktivliyini artırmaq, lider kimi formalaşmalarına və aktiv vətəndaş cəmiyyətinin qurulmasında rolunu artırmağa yardım etmək, onların sosial, ictimai, könüllülük fəaliyyətlərini gücləndirmək və inkişaf etdirməkdir. Layihə çərçivəsində 18-25 yaş arası gənclərə: İctimai fəaliyyət, advokasi(İctimai maraqların təmsil olunması), liderlik, gender bərabərliyi, məsələnin seçilməsi, strateji planlaşdırma, sosial media, qrant üçün müraciət, layihənin yazılması, büdcənin tərtib edilməsi, layihənin idarəedilməsi, fəaliyyət planı, ünsiyyət (kommunikasiya), ictimai çıxış layihənin qiymətləndirilməsi meyarları mövzularında təlimlər keçiriləcəkdir. Təlimləri uğurla bitirən iştirakçılar sonda sertifikatlarla təltif ediləcək və 4 günlük yay düşərgəsində iştirak hüququ qazanacaqlar. Qeyd edək ki, bu layihə qeyri-formal təhsil üsullarının tətbiqi ilə həyata keçiriləcək.

Ərizə Formasını Yüklə

və yaxud ərizə formasını əldə etmək üçün  yla.bf2012@gmail.com ünvanına müraciət etməyiniz xaiş olunur. Hər bir müraciətçiyə ən qısa zamanda ərizə forması göndəriləcək

Məsul şəxs : Seymur Vəliyev

Təqvim
Fevral 2012
M T W T F S S
« Jan   Mar »
 12345
6789101112
13141516171819
20212223242526
272829  
Ən çox baxılan