Archive for Yanvar 2012
Avropa Gəncləri İslam dini haqqında Mariflənir
Gələcəyə Korpü Gənlər İctimai Birliyi 15 ölkədən olan 30 nəfər gənci Gəncədə bir araya gətirir.
Beləki Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin 07.07.2011 ci il tarixində imzaladığı “Azərbaycan gəncliyi 2011-2015 ci illərdə” Dövlət Proqramının uğurla icrası məqsədilə Gəncədə Beynəlxalq tədbirlərin keçirilməsi davam edir.
Gəncədə Gələcəyə Körpü Gənclər İctimai Birliyi “Dinlər və mədəniyyətlər arası dialoqda gənclərin rolu adlı” beynelxalq təlim kursu həyata keçirir.Yanvarın 22 dən 29 dək həyata keçrilən layihənin əsas məqsədi gənclərimizin benəlxalq əlaqələrini gücləndirmək,ölkəmizin 20 illik müstəqilliyi dövündə keçdiyi ugurlu inkişaf yolu haqda gəncləri məlumatlandırmaq və Azərbaycanımızın necə dini mədəni tolerant bir dövlət oldugunu dünya gənclərinə tanıtmaqdır.
Layihə Gənclər və İdman Nazirliyinin və Avropa komissyasının “Youth in Action” proqramının maliyyə dəstəyi ilə həyata keçrilir.
Layihədə İslam Əməkdaşlıq təşkilatı gənclər Fondu və Avropa mədəniyyətlər arası Fondu da partniyor kimi iştirak edir.
Sözü gedən layihə çərçivəsində təlimlər zamanı qeyri formal təhsil metodları vastəsilə Avropada da din,mədəniyyət və oxşarlıqlar öyrənilir.
Layihədə Almanya,Turkiyə,Litva,Danimarka,İtalya,Birləşmiş Krallıq, Albaniya Bosniya ve Hersoqavina,Makedonya,Rusiya,Ukranya,ve Gürcüstandan olan və ümumilikdə 15 ölkədən 30 nəfər gənc iştirak edir.
Məsul şəxs: Mikayıl Əlizadə
Gənc Körpüçülər Almanyaya hazırlaşır.
Gələcəyə Körpü Gənclər İctimai Birliyi üzvlərini Almanyaya göndərməyə hazırlaşır.
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi bu il Almanyaya rekord həddə üzvünü göndərəcək.Belə ki,Almanyadan əməkdaşımızın göndərdiyi məktuba əsasən 2012-ci ilin Aprel və May aylarında təşkilatın 10 üzvü Almanyada müxtəlif tədbirlərə qatılmaq imkanı əldə edəcək.Bu tədbirlərdə əsasən təşkilatın daxilində ki,Alman dili kursunun iştirakçıları göndəriləcək.Buda öz növbəsində təşkilatda üzvlər öyrəndikləri Alman dilini birbaşa Almanyada praktika etməklərinə imkan yaradacaq.
Gənc körpüçülər Münxen,Düseldorf,Leipzig,Barleben,Bielefeld şəhərlərində olacaqlar.Hər bir şəhərdə 2 nəfər nümayəndə ilə təmsil olunacaqlar.Təşkilatın üzvləri Almanyada ilk öncə Almanyanın qədim şəhərlərindən biri olan Barleben şəhərinin minillik ad günündə iştirak edəcəklər.İştirak etməklə yanaşı körpüçülər şəhərin ad günündə keçiriləcək olan mədəniyyətlərin tanıdılması mərasimində ölkəmizin sənətkarlıq,milli rəqsləri və eləcədə mahnılarını dünyaya tanıtmaq imkanı əldə edəcəklər.Bunlardan əlavə körpüçülər digər şəhərlərdə “Mədəni oyun festivalında”,”Urban Canvas and Gallery “,”İncəsənətdə yaradıcılığa kömək et” və s. Kimi tədbirlərdə iştirak edəcəklər.
Sonda qeyd edək ki, May ayından sonra yenidən Almanyaya bir çox üzvlərin göndərilməsi nəzərdə tutulub.
Daha ətraflı məlumat üçün Birliyin ofisinə müraciət edə bilərsiniz.
Məsul şəxs:Röyal İsmayılov