Avropa Gəncləri İslam dini haqqında Mariflənir

Gələcəyə Korpü Gənlər İctimai Birliyi 15 ölkədən olan 30 nəfər gənci Gəncədə bir araya gətirir.

Beləki Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin 07.07.2011 ci il tarixində imzaladığı “Azərbaycan gəncliyi 2011-2015 ci illərdə” Dövlət Proqramının uğurla icrası məqsədilə Gəncədə Beynəlxalq tədbirlərin keçirilməsi davam edir.

Gəncədə Gələcəyə Körpü Gənclər İctimai Birliyi “Dinlər və mədəniyyətlər arası dialoqda gənclərin rolu adlı” beynelxalq təlim kursu həyata keçirir.Yanvarın 22 dən 29 dək həyata keçrilən layihənin əsas məqsədi gənclərimizin benəlxalq əlaqələrini gücləndirmək,ölkəmizin 20 illik müstəqilliyi dövündə keçdiyi ugurlu inkişaf yolu haqda gəncləri məlumatlandırmaq və Azərbaycanımızın necə dini mədəni tolerant bir dövlət oldugunu dünya gənclərinə tanıtmaqdır.
Layihə Gənclər və İdman Nazirliyinin və Avropa komissyasının “Youth in Action” proqramının maliyyə dəstəyi ilə həyata keçrilir.
Layihədə İslam Əməkdaşlıq təşkilatı gənclər Fondu və Avropa mədəniyyətlər arası Fondu da partniyor kimi iştirak edir.
Sözü gedən layihə çərçivəsində təlimlər zamanı qeyri formal təhsil metodları vastəsilə Avropada da din,mədəniyyət və oxşarlıqlar öyrənilir.
Layihədə Almanya,Turkiyə,Litva,Danimarka,İtalya,Birləşmiş Krallıq, Albaniya Bosniya ve Hersoqavina,Makedonya,Rusiya,Ukranya,ve Gürcüstandan olan və ümumilikdə 15 ölkədən 30 nəfər gənc iştirak edir.

Məsul şəxs: Mikayıl Əlizadə

Gənc Körpüçülər Almanyaya hazırlaşır.

Gələcəyə Körpü Gənclər İctimai Birliyi üzvlərini Almanyaya göndərməyə hazırlaşır.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi bu il Almanyaya rekord həddə üzvünü göndərəcək.Belə ki,Almanyadan əməkdaşımızın göndərdiyi məktuba əsasən 2012-ci ilin Aprel və May aylarında təşkilatın 10 üzvü Almanyada müxtəlif tədbirlərə qatılmaq imkanı əldə edəcək.Bu tədbirlərdə əsasən təşkilatın daxilində ki,Alman dili kursunun iştirakçıları göndəriləcək.Buda öz növbəsində təşkilatda üzvlər öyrəndikləri Alman dilini birbaşa Almanyada praktika etməklərinə imkan yaradacaq.

Gənc körpüçülər Münxen,Düseldorf,Leipzig,Barleben,Bielefeld şəhərlərində olacaqlar.Hər bir şəhərdə 2 nəfər nümayəndə ilə təmsil olunacaqlar.Təşkilatın üzvləri Almanyada ilk öncə Almanyanın qədim şəhərlərindən biri olan Barleben şəhərinin minillik ad günündə iştirak edəcəklər.İştirak etməklə yanaşı körpüçülər şəhərin ad günündə keçiriləcək olan mədəniyyətlərin tanıdılması mərasimində ölkəmizin sənətkarlıq,milli rəqsləri və eləcədə mahnılarını dünyaya tanıtmaq imkanı əldə edəcəklər.Bunlardan əlavə körpüçülər digər şəhərlərdə “Mədəni oyun festivalında”,”Urban Canvas and Gallery “,”İncəsənətdə yaradıcılığa kömək et” və s. Kimi tədbirlərdə iştirak edəcəklər.

Sonda qeyd edək ki, May ayından sonra yenidən Almanyaya bir çox üzvlərin göndərilməsi nəzərdə tutulub.

Daha ətraflı məlumat üçün Birliyin ofisinə müraciət edə bilərsiniz.

Məsul şəxs:Röyal İsmayılov

 

Dünya Gəncləri yenidən Gəncədə toplaşır.

 

Gələcəyə Körpü Gənclər İctimai Birliyi “Avropa və İslam – Anlaşılmazlıqlar və Mövcud həll üsulları” təliminə hazırlaşır.

Gələcəyə Körpü Gənclər İctimai Birliyi “Avropa və İslam – Anlaşılmazlıqlar və Mövcud həll üsulları” təlimi ilə dünya gənclərini yenidən Gəncəyə toplayacaq. Təlim 22-29 Yanvar 2012-ci il tarixlərində həyata keçiriləcək.

Layihə European Intercultural forum e. V. (Berlin, Almaniya) ilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin (Gəncə, Azərbaycan) qarşılıqlı əməkdaşlığı nəticəsində həyata keçiriləcək. Bu layihə Avropa Komissiyasının dəstəyi ilə maliyyələşdirilir.

Ümumilikdə hər bir ölkədən (Almaniya, Türkiyə, Litva, Danimarka, İtaliya, Ruminiya, Birləşmiş Krallıq, Albaniya, Bosniya və Herseqovina, Makedoniya, Rusiya, Ukrayna, Gürcüstan və Azərbaycan) 2 nəfər olmaqla özündə proqram ölkələrindən 14 əməkdaş, ŞAMA (Şərqi Avropa və Mərkəzi Asiya) və CŞA (Cənub Şərqi Avropa) əməkdaş ölkələrini əhatə edir.

“Avropa və İslam – Anlaşılmazlıqlar və Mövcud həll üsulları” təlimi əsasən çağdaş Avropada İslam dininin rolu və yeri mövzularını əhatə edir. Təlim kursu müddətində qeyri- formal təhsil metodu vasitəsilə bugünki Avropada din, mədəniyyət, və oxşarlıqlar öyrəniləcək. Bundan əlavə təlim zamanı  Avropa cəmiyyətində İslam barəsində olan mövcud çağdaş və tarixi faktorların öyrənilməsi və diskusiyası nəzərdə tutulub. Təlim kursunun məqsədlərindən biridə gənclər sahəsində işləyənləri lazımi nəzəri vasitə və metodlarla təmin etməklə İslam və Müsəlmanlara qarşı düzgün fikir aşılamadan ibarətdir.

Məsul şəxs: Orxan  Abbasov

Gəncə şəhərində “Sağlam qida – Sağlam həyat” layihəsinin icrasına start verildi.

Layihə müddətində iki gün qida məhsulları ilə bağlı təlimlər keçiriləcək. Məşğələləri ADAU-nun müəllimləri keçəcək. Təlimlərdə 20 nəfər tələbə gənc iştirak edəcək və həmin iştirakçılar layihənin davamında isə Gəncə şəhərindəki mağazalarda iki günlük maarifləndirici aksiyalar keçirəcəklər. Aksiya müddətində mağazalarda poster yerləşdiriləcək, bukterlər paylanacaq.

 

Layihənin ilkin mərhələsində ali təhsil ocaqlarında seminar-təlimlər artıq baş tutub. Ümumilikdə 2000 nəfər qatılıb. Həyata keçiriləcək aksiyanın daha 7000 nəfəri əhatə etməsi planlaşdırılır.

 

Qeyd edək ki, layihəyə Avrasiya Əməkdalıq Fondu, My Way hoteli, Gəncə ş. Gənclər və İdman Baş İdarəsi maliyyə dəstəyi verir. Gələcəyə Körpü Gənclər İctimai Birliyi isə adı çəkilən layihəyə təşkilatı dəstək verir.

Məsul şəxs: Röyal İsmayılov

 

Gələcəyə Körpü İctimai Birliyinin FAN klubunun açılışı

Azərbaycanda ilk dəfə olaraq QHT-dən Azərbaycan futboluna dəstək gəldi. Belə ki, Gəncə şəhərində fəaliyyət göstərən Gələcəyə Körpü İctiami Birliyi öz FAN klubunu yaratdı. Əksəriyyəti xanımlardan ibarət olan Gələcəyə Körpü FAN klubun məqsədi bəy azarkeşlərlə yanaşı, xüsusən xanım azarkeşlərimizin futbola olan marağını artırmaq və doğma Kəpəz komandamıza dəstək olmaq ümumilikdə gənclər arasında futbolun təbliğinə nail olmaqdır.

Bugün yani 07.12.2011-ci il tarixində keçiriləcək konfransda Gələcəyə Körpü Təşkilatının sədri Orxan Abbasov, Gənclər və İdman Baş İdarəsinin rəsisi Mikayıl Zeynalov, FAN klubun sədri Mikayıl Əlizadə və eləcədə Kəpəz Futbol Klubunun baş məşqcisi Mirbagır İsayev, Komandanın oyunçuları : Azər Məmmədov, Junivan Suares, Armand Fuetçine və digər oyunçular iştirak edəcəklər. Həmçinin Xəmsə, Kəpəz, Kəpəzmania FAN klublarının sədrləri konfransda iştirak edəcəklər.

Qeyd edək ki, tədbirdə 40-dan çox gənc iştirak edəcək.

Məsul şəxs: Hikmət Vəliyev

 

Təqvim
Yanvar 2012
M T W T F S S
« Dec    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Ən çox baxılan